21:35 17-10-2020
news_image
99
FUTBOL

Derbi tarixinin ən yaşlı qolçusu - İbrahimoviç

İtaliya A seriyasının IV turunda “İnter”lə oyun “Milan”ın hücumçusu Zlatan İbrahimoviç üçün əlamətdar olub.
 
Apasport.az saytının məlumatına görə, isveçli forvard Milan derbisinin ilk hissəsində dubla imza atıb.
 
Bununla 39 yaş 14 günlüyündə fərqlənən Zlatan Milan derbiləri tarixinin ən yaşlı qolçusu ünvanına yiyələnib. Buna qədər rekord 1961-ci ildə “Milan”lı Nils Lidholma məxsus olub. İsveçli yarımmüdafiəçi həmin vaxt 38 yaş 5 ay 18 günlüyündə derbidə qol sevinci yaşayıb.
 
Qeyd edək ki, Zlatan İbrahimoviç cari mövsümün ilk 3 oyununda 5 qol vurub.