
14:45
İtaliya A seriyasının IV turunda “Atalanta”nı qəbul edən “Napoli” böyükhesablı qalibiyyətə (4:1) sevinib.
Apasport.az saytının məlumatına görə, Neapol təmsilçisi bununla A seriyası tarixində 1000-ci qələbəsini qazanıb.
“Napoli” bu göstəriciyə imza atan 7-ci klub olub. Ona qədər “Yuventus”, “İnter”, “Milan”, “Roma”, “Fiorentina” və “Latsio” yüksək liqada bu səddi keçiblər.
“Atalanta” isə yaranmasının 113-cü günündə böyükhesablı məğlubiyyətə düçar olub.