01:03 18-10-2020
news_image
105
FUTBOL

Mançesterlilərdən 3 xal - “Liverpul” və “Çelsi” büdrədi

İngiltərə Premyer Liqasında V turun ilk günündə keçirilən qarşılaşmalardan ikisi xüsusi maraq doğurub.
 
Apasport.az saytının məlumatına görə, Liverpul derbisində mövsümə fantastik start götürən “Everton” ötən turda “Aston Villa”ya gözlənilmədən darmadağın olan “Liverpul”la üz-üzə gəlib.
 
Son çempion iki dəfə hesabda önə keçməsinə baxmayaraq, “Everton” meydandan 1 xalla ayrılmağa müvəffəq olub. Karlo Ançelottinin yetirmələri bununla ilk xal itkisinə məruz qalıblar.
 
Digər prinsipial qarşılaşmada mövsümə qeyri-stabil başlanğıc edən “Mançester Siti” “Arsenal”ı sınağa çəkib. Matçın taleyini bir qol həll edib. Rahim Sterlinq “şəhərlilər”i qələbəyə daşıyıb.
 
Heyətində ciddi yenilənmə aparan “Çelsi” doğma arenasında “Sauthempton” önündə iki dəfə hesabda önə keçməsinə baxmayaraq, sonda bərabərliklə kifayətlənməli olub.
 
Son illər qeyri-stabil klub adından qurtula bilməyən “Mançester Yunayted” Nyukaslda eyniadlı komanda üzərində əzmkar qələbə qazanıb.
 
Turun qalan oyunları oktyabrın 18-19-da keçiriləcək.
 
İngiltərə Premyer Liqası
V tur
17 oktyabr
“Everton” – “Liverpul” – 2:2

Maykl Kin, 19, Kalvert-Lyuin, 81 – Mane, 3, Salah, 72
“Çelsi” – “Sauthempton” – 3:3
Verner, 15, 28, Haverts, 59 – İnqs, 43, Adams, 57, Vesterqard, 90+2
“Mançester Siti” – “Arsenal” – 1:0
Sterlinq, 23
“Nyukasl” – “Mançester Yunayted” – 1:4
Şou, 2 (avtoqol) – Maquayr, 23, Fernandes, 86, Van-Bissaka, 90, Reşford, 90+7

1

 Everton

5

4

1

0

14-7

13

2

 Liverpul

5

3

1

1

13-13

10

3

 Aston Villa

3

3

0

0

11-2

9

4

 Lester

4

3

0

1

12-7

9

5

 Arsenal

5

3

0

2

8-6

9

6

 Çelsi

5

2

2

1

13-9

8

7

 Tottenhem

4

2

1

1

12-5

7

8

 Lids

4

2

1

1

9-8

7

9

 Mançester Siti

4

2

1

1

7-7

7

10

 Sauthempton

5

2

1

2

8-9

7

11

 Nyukasl

5

2

1

2

7-9

7

12

 Vest Hem

4

2

0

2

8-4

6

13

 Kristal Pelas

4

2

0

2

5-7

6

14

 Mançester Yunayted

4

2

0

2

9-12

6

15

 Vulverhempton

4

2

0

2

4-7

6

16

 Brayton

4

1

0

3

8-10

3

17

 Vest Bromviç

4

0

1

3

5-13

1

18

 Bernli

3

0

0

3

3-8

0

19

 Şeffild Yunayted

4

0

0

4

1-6

0

20

 Fulhem

4

0

0

4

3-11

0