12:04 18-10-2020
news_image
173
FUTBOL

Messi planı – “Mançester Siti”nin

İngiltərənin “Mançester Siti” klubunun Lionel Messinin transferi ilə bağlı planı bəlli olub.
 
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi argentinalı hücumçunu qışda heyətinə qatmağa cəhd edəcək.
 
Böyük britaniyalılar İspaniya “Barselona”sına bu transfer üçün 15 milyon funt sterlinq təklif edəcək. Onun müqaviləsi mövsümün sonunda başa çatacaq. Bu isə o deməkdir ki, Messi 2021-ci ilin yayında azad agent statusu alacaq. Futbolçunu havayı buraxmamaq üçün “Barselona” onu qışda satmalıdır.