12:22 18-10-2020
news_image
85
FUTBOL

25 ildən sonra - “Milan” qayıdır?

“Milan” İtaliyanın A seriyasında startda ardıcıl 4-cü qələbəsini qazanıb.
 
Apasport.az saytının məlumatına görə, IV turda “İnter”i derbidə 2:1 hesabı ilə məğlub edən “rossonyeri” son 25 ildə ilk dəfə belə starta imza atıb.
 
“Milan” sonuncu dəfə 1995/96 mövsümündə A seriyasına 4 qələbə ilə başlayıb. Həmin vaxt Fabio Kapellonun çalışdırdığı komanda çempion titulunu qazanıb.