12:14 18-10-2020
news_image
57
DİGƏR NÖVLƏR

Düşmənin hərbi hissəsi ələ keçirildi - VİDEO

Azərbaycan Ordusunun Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, düşmən döyüş texnikası, silah-sursat və digər hərbi vasitələri tərk edərək qaçmaq məcburiyyətində qalıb. Cəbhə boyu bütün istiqamətlərdə bölmələrimiz üstünlüyü əldə saxlayır.