13:44 18-10-2020
news_image
71
FUTBOL

70 milyon avro – 17 yaşlı fransalıya

İtaliyanın “Yuventus” klubu Fransa millisinin futbolçusu Eduardo Kamavinqanı transfer etməyi planlaşdırır.
 
Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi “Renn”in yarımmüdafiəçisi üçün 70 milyon avro ödəməyə hazırdır.
 
Turinlilər 17 yaşlı futbolçunu yay transfer dövründə heyətinə qatmaq niyyətindədir. Fransalı “Mançester Yunayted” və “Real”ın da diqqət mərkəzindədir.
 
Qeyd edək ki, ötən ay Fransa millisində debüt edən Kamavinqa yığmadakı qol hesabını bir neçə gün öncə açıb.