15:13 18-10-2020
news_image
40
FUTBOL

17 penalti - 15 ayda

İngiltərənin “Mançester Yunayted” klubu qeyri-adi göstəriciyə imza atıb.
 
Apasport.az saytının məlumatına görə, Premyer Liqanın ötən mövsümünün startından indiyədək “qırmızı-şeytanlar” 17 penalti zərbəsi qazanıb.
 
17-ci zərbə “Nyukasl”la 5-ci tutun matçına təsadüf edib. Bruno Fernandeş komandasının 4:1 hesabı ilə qalib gəldiyi matçda 11 metrlik nöqtədən dəqiq olmayıb.
 
Son 15 ayda 17-ci dəfə təyin olunan belə zərbələrdən 12-si qolla nəticələnib. Premyer Liqada “Mançester Yunayted”in bu göstəricidəki ən yaxın izləyicisi 5 penalti geri qalır.