15:34 18-10-2020
news_image
121
TOP OYUNLARI

694 milyon itirdi – bir mövsümdə

Koronavirus pandemiyasının Milli Basketbol Assosiasiyası (MBA) klublarına vurduğu maliyyə ziyanı müəyyənləşib.
 
Apasport.az saytının məlumatına görə, 30 komanda ümumilikdə 694 milyon dollara yaxın məbləğ itirib.
 
Buna 258 matçın ləğvi səbəb olub. Mövsümün çempionu “Los Anceles Leykers” hamıdan çox – 52,7 milyon ziyana düşüb. “Nyu York Nets” 45, “Qolden Steyt Uorriers” 42,5 milyon itirib.
 
Qeyd edək ki, martda dayandırılan mövsüm Orlandoda tamaşaçısız oyunlarla başa çatdırılıb.