20:46 18-10-2020
news_image
54
FUTBOL

La Liqanın lideri oldu – “Qarabağ”ın rəqibi

Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Vilyarreal” növbəti oyununu keçirib.
 
Apasport.az saytının məlumatına görə, Unay Emerinin yetirmələri La Liqanın VI turunda “Valensiya” ilə qarşılaşıb.
 
Vilyarrealdakı görüş erkən qolla başlayıb. Pako Alkaser penalti ilə meydan sahiblərini önə çıxarıb.
 
Qonaqlar fasiləyədək hesabda tarazlıq yarada bilib. “Qarabağ”ın rəqibi ikinci hissədə daha bir qol vurmağa müvəffəq olub. Daniel Parexo “yarasalar”ı məyus edib.
 
2:1 hesabı ilə qalib gələn “Vilyarreal” 6 matçdan sonra 11 xala malikdir. Emerinin komandası bu qələbə ilə La Liqanın liderliyini ələ keçirib.
 
İspaniya La Liqası
VI tur
18 oktyabr
“Vilyarreal” – “Valensiya” – 2:1
 
Alkaser, 6 (pen.), Parexo, 69 – Qedeş, 37