09:29 19-10-2020
news_image
99
FUTBOL

Klubundan ayrılır – millimizdə oynamış futbolçu

Azərbaycan millisində çıxış etmiş Əli Babayev komandasını dəyişməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi Petah-Tikva “Makkabi”sindən ayrılmaq qərarına gəlib.

Buna səbəb “Sumqayıt”ın sabiq orta sahə oyunçusunun maaşının azaldılmasıdır. Rəhbərliyin bu qərarına qarşı çıxan yeganə futbolçu olan Babayevin tezliklə “Makkabi”dən ayrılması gözlənilir.

Qeyd edək ki, Əli Babayev ötən il Litva ilə yoldaşlıq görüşündə yığmamızın formasını geyinib.