09:55 19-10-2020
news_image
294
FUTBOL

“Futbolçularımız Azərbaycanda oynamamalıdır” – sabiq “Qalatasaray”lı

Rumıniya yığmasının sabiq futbolçusu Qabriel Tamaş ölkə futbolunun hazırkı durumuna münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, “Universitatya Kluj”un müdafiəçisi həmyerlilərini yenidən böyük klublarda görmək istədiyini söyləyib.

Karyerası ərzində “Qalatasaray”, “Spartak” (Moskva), “Selta”, “Oser”, “Vest Bromviç”, “Uotford”, “Kardiff” kimi klubların formasını geyinmiş Tamaş rumıniyalı futbolçuların Azərbaycan kimi zəif futbol ölkələrində oynamasını uğur hesab etmir: “Milli komandanı yavaş-yavaş böyütməliyik. Bunun sayəsində bütün Rumıniya futbolu böyüyəcək və futbolçular əvvəllər olduğu kimi, daha güclü klublarda çıxış edəcəklər. Daha indiki kimi, Türkiyə, Azərbaycan və ərəb ölkələrində oynamamalıdırlar”.

Qeyd edək ki, Qabriel Tamaş 2003-2018-ci illərdə Rumıniya yığmasının formasını geyinib.