10:28 19-10-2020
news_image
197
FUTBOL

“Qarabağ”la oyuna tam heyətlə hazırlaşmır – “Makkabi”

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq Təl-Əviv “Makkabi”si oyuna tam heyətlə hazırlaşa bilmir.

Apasport.az saytının məlumatına görə, yığmadan qayıdan futbolçular hələ də İsrail təmsilçisində fərdi məşqlərlə kifayətlənirlər.

Klub rəhbərliyi koronavirus pandemiyası ilə bağlı təhlükəsizlik tədbirləri almaq üçün bu addıma əl atıb. İsrail millisinin son toplanışına cəlb olunan Eytan Tibi, Şeran Yeini, Maor Kandil, Eyal Qolasa və Eden Karzev koronavirus testi veriblər. Bunun nəticəsi çıxdıqdan sonra oyunçular kollektivlə birlikdə məşqlərə qoşula biləcəklər. Baş məşqçi Giorqos Donis onların heç olmasa oyunöncəsi son iki məşqdə iştirak etməsini istəyir.

Qeyd edək ki, oktyabrın 22-də Təl-Əvivdə keçiriləcək “Makkabi” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.