10:35 19-10-2020
news_image
204
FUTBOL

“Neftçi”nin rekordunu təkrarladı – “Qarabağ”

“Qarabağ” mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb.

Apasport.az saytının məlumatına görə, bu, VI turun “Qəbələ” ilə ev qarşılaşmasına təsadüf edib.

Ağdam təmsilçisi 3:0 hesablı qələbə əldə edib. "Köhlən atlar" ölkə çempionatlarında 108-ci dəfə üç və ya daha çox top fərqilə qalib gəlib. “Qarabağ” qatıldığı 29 mövsümdən 27-də hesabına böyükhesablı qələbə yazıb. Əyalət təmsilçisi yalnız 1993 və 2005/06 mövsümündə belə nəticə əldə etməyib.

Ağdam klubu bununla da “Neftçi”nin rekordunu təkrarlayıb. Paytaxt təmsilçisi 27 müxtəlif mövsümdə böyük hesabla qalib gəlməyi bacarıb.