10:51 19-10-2020
news_image
247
FUTBOL

Rekordunu yenilədi – “Sumqayıt”

Azərbaycan Premyer Liqasının lideri olan “Sumqayıt” klub tarixinin rekorduna imza atıb. 

Apasport.az saytı xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi indiyədək heç vaxt çempionatda belə uğurlu start götürməyib.

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 6 turdan sonra 11 xala malikdir. Bu da 2011/12 mövsümündən Premyer Liqada çıxış edən Sumqayıtın eyniadlı təmsilçisinin rekordudur. Komanda indiyədək heç vaxt ilk 6 turda 11 və ya daha çox xal toplamamışdı.

“Sumqayıt” bunadək startdakı 6 turda 2018/19 mövsümündə 10, 2014/15 mövsümündə 9 xal qazanıb.