11:57 19-10-2020
news_image
141
FUTBOL

“Trabzonspor”a keçir – millimizə gəlməyən məşqçi

Türkiyənin “Trabzonspor” klubu baş məşqçi postunda dəyişiklik etməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Qara dəniz təmsilçisi hazırkı çalışdırıcı Eddi Nyutonun fəaliyyətindən məmnun deyil.

Komandanın mövsümə uğursuz start götürməsi səbəbindən ingiltərəli mütəxəssislə yolların ayrılması planlaşdırılır. “Bordo-mavililər” hətta onun yerinə gələcək məşqçini də seçiblər. Klub rəhbərliyi son olaraq “Beşiktaş”da çalışmış Abdullah Avcını bu postda görmək niyyətindədir. Bir müddət əvvəl Azərbaycan millisinin baş məşqçi postuna da namizəd olan və son anda keçidə razılıq verməyən Avcı ilə bu gün görüş keçiriləcək.

Qeyd edək ki, “Trabzonspor” Super Liqada 5 turdan sonra 5 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.