12:32 19-10-2020
news_image
221
FUTBOL

Qrup mərhələsi başlayır – Çempionlar Liqasında

Sabah Çempionlar Liqasında 2020/21 mövsümünün əsas mərhələsi start götürəcək.

Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin ilk turunun 16 qarşılaşması iki gün ərzində baş tutacaq.

Təsnifat mərhələlərini adlayan 6 komanda və birbaşa qrupda mübarizəyə qoşulacaq 26 klub ilk sınağına çıxacaq. İlk oyun günündə E, F, G və H qruplarına mübarizəyə start veriləcək. Qardaş Türkiyənin çempionu “Başakşəhər”ə turnirə səfərdə başlayacaq. İstanbul klubu Almaniyada “Leypsiq”in qonağı olacaq. 

Türkiyəlilərin yer aldığı H qrupunun digər görüşündə Çempionlar Liqasında son mövsümün finalçısı PSJ “Mançester Yunayted”i qəbul edəcək. Sabah daha iki matçda “Böyük beşlik” liqalarının komandaları üz-üzə gələcəklər. E qrupunda “Çelsi” Avropa Liqasının qalibi olan “Sevilya”nı sınağa çəkəcək. “Latsio” F qrupunda Dortmund “Borussiya”sı ilə ev matçına çıxacaq.

İkinci oyun günündə turnirin son qalibi “Bavariya” meydana çıxacaq. A qrupunun favoriti olan münhenlilər evdə “Atletiko” ilə qarşılaşacaq.

Almaniyanın digər komandası – Mönhenqladbax “Borussiya”sı İtaliya səfərinə çıxacaq. Bundesliqa klubu “İnter” ilə görüşəcək.

Çempionlar Liqası
Qrup mərhələsi, I tur

20 oktyabr
E qrupu

23:00. “Çelsi” (İngiltərə) – “Sevilya” (İspaniya)
23:00. “Renn” (Fransa) – “Krasnodar” (Rusiya)

F qrupu
20:55. “Zenit” (Rusiya) – “Brügge” (Belçika)
23:00. “Latsio” (İtaliya) – “Borussiya” (Dortmund, Almaniya)

G qrupu
20:55. “Dinamo” (Kiyev, Ukrayna) – “Yuventus” (İtaliya)
23:00. “Barselona” (İspaniya) – “Ferensvaroş” (Macarıstan)

H qrupu
23:00. PSJ (Fransa) – “Mançester Yunayted” (İngiltərə)
23:00. “Leypsiq” (Almaniya) – “Başakşəhər” (Türkiyə)
 
21 oktyabr
A qrupu

20:55. “Zalsburq” (Avstriya) – “Lokomotiv” (Moskva, Rusiya)
23:00. “Bavariya” (Almaniya) – “Atletiko” (İspaniya)

B qrupu
20:55. “Real” (İspaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna)
23:00. “İnter” (İtaliya) – “Borussiya” (Mönhenqladbax, Almaniya)

C qrupu
23:00. “Mançester Siti” (İngiltərə) – “Porto” (Portuqaliya)
23:00. “Olimpiakos” (Yunanıstan) – “Marsel” (Fransa)

D qrupu
23:00. “Ayaks” (Niderland) – “Liverpul” (İngiltərə)
23:00. “Midtülland” (Danimarka) – “Atalanta” (İtaliya)