12:57 19-10-2020
news_image
102
FUTBOL

Klubu yığmaya buraxmadı – Azərbaycanla oyun üçün

Avropa çempionatının seçmə mərhələsində Azərbaycan və Moldova ilə qarşılaşacaq Polşanın qadın futbolçulardan ibarət yığmasında koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb.

Apasport.az-ın Polşa Futbol Assosiasiyasının rəsmi saytına istinadən məlumatına görə, Katarjina Daleşçikdən götürülən testin nəticəsi pozitiv çıxıb.

Bu səbəbdən təlim-məşq toplanışına cəlb olunmayan yarımmüdafiəçi qarşıdakı oyunları buraxacaq. Həmçinin Almaniyanın “Volfsburq” klubunda çıxış edən Eva Payor zədə səbəbindən, Norveçin “Klepp İL” komandasının üzvü Aleksandra Rompie isə klubunun icazəsi olmadığı üçün millinin hazırlıq prosesinə qatılmayıb.

Qeyd edək ki, Polşa - Azərbaycan oyunu oktyabrın 23-də səfərdə keçiriləcək. Yığmamız bundan 4 gün sonra Çexiyanın qonağı olacaq.