13:25 19-10-2020
news_image
203
FUTBOL

Koronavirusa yoluxub – “Neftçi”nin hücumçusu

“Neftçi”nin futbolçusu Prins İbara koronavirus infeksiyasına yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə africatopsports.com saytı məlumat yayıb.

Bildirilib ki, konqolu hücumçu təxminən 10 gün əvvəl millisinin düşərgəsində virusa yoluxub. Bakı təmsilçisinin yeni transferi hazırda karantindədir. Futbolçu sağaldıqdan sonra Azərbaycana qayıdacaq.

Qeyd edək ki, Prins İbara "Neftçi"yə ötən ay Belçikanın "Beerşot" klubundan birillik icarəyə götürülüb.