13:46 19-10-2020
news_image
160
FUTBOL

Azarkeşlərə icazə verilir - “Qarabağ”la oyuna

Türkiyənin “Sivasspor” klubu Avropa Liqasının qrup mərhələsində ev oyunlarına azarkeş buraxa biləcək.

Apasport.az saytının məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir açıqlamasında bildirib.

Federasiya rəhbəri Super Liqa, aşağı liqalar və avrokuboklarda oyunlara azarkeşlərin cəlb olunması ilə bağlı klubların müraciətini müsbət cavablandırdıqlarını açıqlayıb. O, səhiyyə nazirliyinin də icazəsi olarsa, matçlara 30 faizədək azarkeşlərin buraxılması prosesinə başlanılacağını söyləyib.

Qeyd edək ki, “Sivasspor”la “Qarabağ” arasında Sivasdakı qarşılaşma III tur çərçivəsində noyabrın 5-də keçiriləcək.