15:27 19-10-2020
news_image
244
FUTBOL

Qeyri-adi avtoqol - VİDEO

Rumıniyanın aşağı liqasında keçirilən bir matçda kuryoz hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, III divizion çərçivəsində baş tutan “Satu Mare” – “Somesul Dej” görüşündə qeyri-adi avtoqol qeydə alınıb.

Bir epizodda ikincilərin hücumu zamanı “Satu Mare”nin qapıçısı topu əlindən buraxıb və müdafiəçi onu kənara vurmaq əvəzinə sanki rəqibin hücumçusu imiş kimi, qüvvətli zərbə ilə öz qapılarından keçirib.

Bu isə futbol ictimaiyyəti arasında birmənalı qarşılanmayıb.