17:02 19-10-2020
news_image
128
FUTBOL

“Qarabağ”ın qrupunu dəyərləndirdi – “Vilyarreal”ın vitse-kapitanı

“Millilərlə əlaqədar yaranmış fasilədən sonra əvvəlki sürəti bərpa etmək həmişə çətin olur. Çünki futbolçular uzun səfərlərdən dönürlər”.

Apasport.az saytının məlumatına görə, bunu İspaniyanın “Vilyarreal” klubunun müdafiəçisi Raul Albiol deyib.

“Qarabağ”la Avropa Liqasının İ qrupunda qərarlaşan La Liqa təmsilçisi ilk oyununu oktyabrın 22-də öz meydanında Türkiyə “Sivasspor”una qarşı keçirəcək. Qarşılaşma öncəsi yerli mətbuata danışan Albiol məqsədlərinin qələbə qazanmaq olduğunu deyib.

Vitse-kapitan növbəti mərhələyə vəsiqə üçün münasib qrupa düşdüklərini vurğulayıb: “Avropa Liqası gözəl rəqabətdir. Yenidən bu turnirə qayıtdığımız üçün şadıq. Fikrimcə, növbəti mərhələyə adlamaq şansımız az deyil. Çox həyəcanlıyıq, qrupa qələbə ilə start götürmək çox vacibdir. Evdə başlamağımız isə daha önəmli faktordur. Öz meydanımızda qələbə qazanıb, növbəti səfər görüşünə daha yüksək motivasiyada hazırlaşmaq olar”.

Qeyd edək ki, “Vilyarreal” turnirin II turunda oktyabrın 29-da “Qarabağ”ın qonağı olacaq. Azərbaycan çempionu ilk görüşündə Təl-Əvivdə İsrail “Makkabi”sinin (22 oktyabr) qonağı olacaq.