17:23 19-10-2020
news_image
86
FUTBOL

Bir ay oynamayacaq – “Real”ın futbolçusu

İspaniyanın “Real” klubunun yarımmüdafiəçisi Martin Edeqorun durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, 21 yaşlı orta sahə oyunçusu bir müddət komandasına kömək edə bilməyəcək.

Norveç yığmasının heyətində Millətlər Liqasında Şimali İrlandiya ilə görüşdə (1:0) zədələnən gənc futbolçu tibbi müayinədən keçib. Sağ ayaq əzələsində problem aşkarlanan Edeqorun bir ay yaşıl meydanlardan kənar qalacağı açıqlanıb.

Qeyd edək ki, Edeqor La Liqanın VI turunda “Kadis”lə (0:1) keçirilən son matçı buraxıb.