22:11 19-10-2020
news_image
81
FUTBOL

Ronald Kumanı söydü – “Xetafe”nin futbolçusu

İspaniya La Liqasının VI turunda keçirilən “Xetafe” – “Barselona” oyununda xoşagəlməz hadisə yaşanıb.
 
Apasport.az saytının məlumatına görə, birincilərin müdafiəçisi Allan-Romeo Nyom qonaq komandanın baş məşqçisi Ronald Kumanla mübahisə edib.
 
Əsəblərinə hakim ola bilməyən futbolçu rəqib çalışdırıcısına nalayiq ifadə işlətməkdən belə çəkinməyib. Niderlandlı mütəxəssis matçdan sonra qarşı tərəfdəki həmkarı Xose Bordalasa şikayət edib. Bordalas da öz növbəsində oyunçu ilə danışacağına söz verib. “Barselona” Nyomla bağlı rəsmi şikayət etməyi planlaşdırır.
 
Qeyd edək ki, “Xetafe” Xayme Matanın penaltidən vurduğu yeganə qol sayəsində “Barselona” üzərində 1:0 hesablı qələbə qazanıb.