00:12 20-10-2020
news_image
93
FUTBOL

Yeni müqavilə bağlayacaq – 37 yaşlı ulduz futbolçu

Portuqaliya yığmasının müdafiəçisi Pepe karyerasını bitirmək niyyətində deyil.
 
Apasport.az saytının məlumatına görə, “Porto” klubu 37 yaşlı futbolçunun çıxışından məmnundur.
 
Bu səbəbdən rəhbərlik ona mövsümün sonuna qədər olan müqavilə müddətini daha bir il uzatmağı təklif edib. “Porto” rəsmiləri hesab edir ki, hazırda yaxşı formada olan Pepe ən azı gələn mövsüm də komandaya xeyir verə bilər. Elə ulduz futbolçu özü də klubda qalmağın əleyhinə deyil.
 
Qeyd edək ki, 2019-cu ildən “Porto”da çıxış edən Pepe ora keçməzdən əvvəl 10 il İspaniyanın “Real” klubunun formasını geyinib.