23:16 19-10-2020
news_image
102
FUTBOL

“Barselona”dan yeni müqavilə təklifi – müdafiəçisinə

İspaniyanın “Barselona” klubu müdafiəçisi Klemen Lanqleyə yeni müqavilə təklif edib.
 
Apasport.az saytının məlumatına görə, Kataloniya klubu Fransa millisinin üzvünü uzun müddət komandada saxlamaq niyyətindədir.
 
Bu səbəbdən 25 yaşlı oyunçuya yeni şərtlərlə sözləşmə təklif olunub. Mərkəz müdafiəçisinin klubla hazırkı anlaşma müddəti 2023-cü ilin yayına qədərdir. Onun rəhbərliyə müsbət cavab verməsi gözlənilir.
 
Qeyd edək ki, cari mövsüm La Liqada 3 oyun keçirən Klemen Lanqle bir qırmızı vərəqə alıb.