23:24 19-10-2020
news_image
94
FUTBOL

47-ci oyunda qol olmadı - Premyer Liqada rekord

İngiltərə Premyer Liqasının V turunda keçirilən “Vest Bromviç” – “Bernli” oyunu 0:0 hesabı ilə başa çatıb.
 
Apasport.az saytının məlumatına görə, bu, cari mövsüm çempionatda ilk qolsuz bərabərlik olub.
 
Halbuki buna qədər mövsümün 46 matçının hamısında qapılara ən azı 1 qol vurulub. İlk qolsuz oyun 47-ci görüşə təsadüf edib ki, bu da Premyer Liqa tarixinin rekordu olub.
 
Qeyd edək ki, hazırda “Vest Bromviç” 2 xalla 17-ci, “Bernli” isə 1 xalla 18-ci pillədə qərarlaşıb.