09:30 20-10-2020
news_image
116
FUTBOL

Ölümlə hədələndi – van Deyki zədələdiyi üçün

İngiltərənin “Everton” klubunun qapıçısı Cordan Pikford ölümlə təhdid edilib.

Apasport.az saytının məlumatına görə, buna səbəb qolkiperin Premyer Liqanın V turunda “Liverpul”un müdafiəçisi Vircil van Deyki zədələməsidir.

Həmin qarşılaşmadan sonra “Liverpul” azarkeşləri sosial şəbəkələr vasitəsilə İngiltərə millisinin üzvünü həm təhqir edib, həm də hədələyiblər. Bu üzdən yerli polis məsələ ilə bağlı istintaqa başlayıb. Hazırda paylaşım edən fanatların kimliyi araşdırılır. Günahkar hesab olunanlar məsuliyyətə cəlb olunacaq.

Qeyd edək ki, 2:2 hesabı ilə başa çatan “mersisayd” derbisinin 11-ci dəqiqəsində Pikfordla toqquşan van Deyk dizindən ağır zədə alıb.