09:46 20-10-2020
news_image
71
FUTBOL

1 milyard 554 milyon 220 min avro xərc - “Çelsi” öndə

Çempionlar Liqasında mübarizə aparan 32 klubun ümumi transfer xərcləri bəlli olub.

Apasport.az saytının məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirində çıxış edən komandalar yay transferlərinə ümumilikdə 1 milyard 554 milyon 220 min avro xərcləyib.

Ən fəal olan “Çelsi”nin xərcləri 247,2 milyon təşkil edib. “Mançester Siti”də bu rəqəm 136,6-ya bərabər olub. İlk “üçlüy”ü qapayan “Barselona” 125 milyonundan keçib.

Qeyd edək ki, Çempionlar Liqasında I turun oyunları bu gün və sabah keçiriləcək.