11:21 20-10-2020
news_image
148
FUTBOL

Peşəsini dəyişir – “Qarabağ”ın sabiq hücumçusu

Müxtəlif illərdə iki dəfə ölkəmizdə “Qarabağ”ın formasını geyinmiş hücumçu İnnosent Emeqara karyerasını bitirdikdən sonra futboldan uzaqlaşacaq.

Apasport.az saytının məlumatına görə, İsveçrə millisinin sabiq oyunçusu tam başqa sahədə çalışmaq arzusunda olduğunu bildirib.

Nigeriya əsilli forvard səhiyyə sektorunda özünü sınayacağını söyləyib. Bu ay İsveçrənin “Vintertur” klubuna keçən 31 yaşlı futbolçu bir müddət də oynadıqdan sonra yeni peşəyə keçid edəcəyini deyib: “Artıq ikinci karyeram haqda düşünməyə başlamalıyam”.

Qeyd edək ki, İnnosent Emeqara 2014/15 və 2018/19 mövsümündə “Qarabağ”da çıxış edib.