00:11 22-10-2020
news_image
356
FUTBOL

Çempion qaldığı yerdən davam edir – ingilislər qələbə, ispanlar məğlubiyyətlə başladı

Bu gün Çempionlar Liqasında (ÇL) növbəti oyunlar keçirilib.
 
Apasport.az saytının məlumatına görə, bununla qrup mərhələsinin I turuna yekun vurulub.
 
Günün ilk sürprizi Madriddə yaşanıb. Donetsk “Şaxtyor”unu qəbul edən “Real” birinci hissədə buraxdığı 3 topdan ikisinin əvəzini fasilədən sonra çıxsa da, məğlubiyyətdən qaça bilməyib. Bununla İspaniya təmsilçisi tarixində ilk dəfə ÇL-ə öz meydanında yenilgi ilə start götürüb.
 
Turnirin son qalibi “Bavariya” mərkəzi oyunda “Atletiko” ilə görüşüb. Uğurlu çıxışını davam etdirən münhenlilər doğma arenasında güclü rəqibə darmadağınla qalib gəliblər.
 
Turnirin favoritləri sırasında göstərilən İngiltərə klublarından “Liverpul” səfərdə “Ayaks”ı üstələyibsə, “Mançester Siti” “Etihad” stadionunda “Porto”ya əzmkar oyunla yerini göstərib.
 
Son illər məhsuldarlığı ilə diqqət çəkən “Atalanta” ənənəsinə sadiq qalıb. Berqamolular Danimarkada “Midtülland”ı böyük fərqlə məğlubiyyətə uğradıb. Onlardan fərqli, İtaliyanın digər təmsilçisi “İnter” Milanda Mönhenqladbax “Borussiya”sı ilə xalları yarı bölüb.
 
Günün bərabərə bitən daha bir matçında Zalsburq”la Moskva “Lokomotiv”i hərəyə bir xalla kifayətləniblər. “Marsel” isə Yunanıstanda “Olimpiakos”a son dəqiqə qolu ilə uduzub.
 
Qeyd edək ki, turun ilk 8 oyunu oktyabrın 20-də keçirilib.

Çempionlar Liqası
Qrup mərhələsi, I tur

21 oktyabr
A qrupu

20:55. “Zalsburq” (Avstriya) – “Lokomotiv” (Moskva, Rusiya) - 2:2
Şoboşlay, 45, Yunuzoviç, 50 - Eder, 19, Lisakoviç, 75
23:00. “Bavariya” (Almaniya) – “Atletiko” (İspaniya) - 4:0
Kuman, 28, 77, Qoretska, 41, Tolisso, 66

B qrupu
20:55. “Real” (İspaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna) - 2:3
Modriç. 54, Junior Vinisius, 59 - Tete, 29, Varan, 33 (avtoqol), Solomon, 42 
23:00. “İnter” (İtaliya) – “Borussiya” (Mönhenqladbax, Almaniya) - 2:2
Lukaku, 49, 90 - Bensebaoni, 63, Hofmann, 84

C qrupu
23:00. “Mançester Siti” (İngiltərə) – “Porto” (Portuqaliya) - 3:1
Aquero, 21 (pen), Gündoğan, 65, Torres, 73 - Luis Dias, 14
23:00. “Olimpiakos” (Yunanıstan) – “Marsel” (Fransa) - 1:0
Koka, 90+1

D qrupu
23:00. “Ayaks” (Niderland) – “Liverpul” (İngiltərə) - 0:1
Taqliafiko, 35 (avtoqol)
23:00. “Midtülland” (Danimarka) – “Atalanta” (İtaliya) - 0:4
Zapata, 26, Qomes, 36, Muriel, 42, Mirançuk, 89