13:01 20-10-2020
news_image
168
FUTBOL

Futbol tarixinin ən yaxşıları - Həbib Nurməhəmmədovun siyahısı

Yüngül çəkidə MMA üzrə UFC çempionu Həbib Nurməhəmmədov futbol tarixinin ən yaxşı futbolçularının adlarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, rusiyalı idmançı müxtəlif dövrlərdə çıxış etmiş 6 oyunçunu ən yaxşılardan sayıb.

O, futbol kralı Pelenin bu siyahıda tək olmadığını söyləyib: “Fikrimcə, təkcə Peleni demək doğru olmaz. Dieqo Maradona, Lionel Messi, Kriştianu Ronaldo, “yekədiş” Ronaldo və Zinəddin Zidan da var. Bu cür oyunçular çoxdur. Amma mən 6 nəfəri fərqləndirirəm”.

Qeyd edək ki, Həbib Nurməhəmmədov oktyabrın 24-də yüngül çəkidə amerikalı Castin Qetji ilə döyüşəcək.