09:46 24-07-2008
news_image
450
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçıları İspaniyada keçirilən beynəlxalq turnirdə uğursuz çıxış ediblər

Bakı. Kənan Həsənov - APA-Sport. İspaniyanın Balaquer şəhərində keçirilən beynəlxalq şahmat turniri başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, 13-cü dəfə təşkil olunan yarışda Azərbaycan şahmatçıları da iştirak ediblər. Həmyerlilərimiz 10 turdan ibarət olan yarışın mükafatçıları sırasında yer ala bilməyiblər. Hərəyə 7 xal toplayan Azər Mirzəyevlə Rəşad Babayev 10-11-ci pillələri bölüşüblər. Loğman Quliyev isə 6,5 xalla 18-ci yeri tutub. Turnirin qalibi adını ukraynalı Vladimir Baklan (8 xal) qazanıb.