13:24 20-10-2020
news_image
99
FUTBOL

Bakı klubunun baş məşqçisinə cəza – 5 oyunluq

Bakının MOİK klubunun baş məşqçisi Ramil Əliyev cəzalandırılıb.

Apasport.az saytının məlumatına görə, AFFA-nın İntizam Komitəsi çalışdırıcını 5 oyunluq diskvalifikasiya edib.

Buna səbəb Əliyevin I divizionun II turunun MOİK – “Turan Tovuz” oyunundakı hərəkəti səbəb olub. Görüşün 55-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə meydançadan kənarlaşdırılan baş məşqçinin hərəkəti üzündən klubu da 400 manat cərimələnib.