13:54 20-10-2020
news_image
97
FUTBOL

Fərqli durumda – Neymar və Mbappe

Fransanın PSJ klubunun hücumçuları Neymar və Kilian Mbappenin gələcək taleyi qeyri-müəyyəndir.

Apasport.az saytının məlumatına görə, braziliyalı forvard qalmaqda maraqlıdırsa, Fransa millisinin üzvü bu barədə qərar verməyə tələsmir.

Karyerasını PSJ-də davam etdirmək niyyətində olan Neymarı narahat edən yeganə məqam rəhbərliyin hələ də yeni müqavilə təklif etməməsidir. Ondan fərqli, parislilər Mbappeyə təklif göndərsələr də, 21 yaşlı forvard daha bir müddət gözləməyi məsləhət görüb.

Qeyd edək ki, hər iki futbolçunun klubla müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.