14:49 20-10-2020
news_image
78
FUTBOL

Millimizin futbolçusu karantinə alındı - Rusiyada

Qadınlardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, komandanın üzvü Diana Məmmədova millinin toplanışında iştirak edə bilməyəcək.

Rusiyanın “Yenisey” klubunda çıxış edən futbolçu sonradan milli komandaya qoşulmalı idi. Lakin klubun düşərgəsində COVİD-19 testi verən futbolçunun testi neqativ çıxsa da, bəzi komanda yoldaşlarının testi pozitiv nəticələnib. 

Rusiya Federasiyanın səhiyyə qanunlarına uyğun olaraq karantinə alınan komanda üzvlərinin ölkədən çıxışına qadağa qoyulub. Bu səbəbindən də Məmmədova millinin düşərgəsinə qoşulmayıb.

Qeyd edək ki, qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində, oktyabrın 23-də Polşa, 27-də isə Çexiya yığması ilə qarşılaşacaq.