17:58 20-10-2020
news_image
91
FUTBOL

“Atletiko”ya qayıtmayacaq - Qrizmann

İspaniyanın “Barselona” klubunun hücumçusu Antuan Qrizmann sabiq komandası “Atletiko”ya qayıtmayacaq.

Apasport.az xəbər verir ki, bu barədə ulduz futbolçunun nümayəndəsi Ektor Fernandes məlumat verib.

29 yaşlı forvardın Madrid klubuna qayıdacağı ilə bağlı xəbərlər yayılsa da, Fernandes bunun həqiqətə uyğun olmadığını söyləyib. “Barselona”da cari mövsüm qol hesabını aça bilməyən Fransa millisinin üzvü yanvarda komandanı tərk edə bilər. O, hazırda PSJ və “Yuventus”un maraq dairəsindədir.

Qeyd edək ki, Antuan Qrizmann “Barselona”ya ötən il 120 milyon avro qarşılığında “Atletiko”dan keçib.