22:17 20-10-2020
news_image
72
FUTBOL

İki futbolçusunu sifariş vərəqindən çıxardı - “Mançester Yunayted”

İngiltərənin “Mançester Yunayted” klubu iki futbolçusunu sifariş vərəqindən çıxarıb.
 
Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” qapıçı Serxio Romero və müdafiəçi Fil Couns Premyer Liqa üçün iştirak ərizəsindən kənarlaşdırıb.
 
Mançester təmsilçisinin rəhbərliyi yayda heç bir kluba sata bilmədiyi oyunçulara güvənmək niyyətində deyil. Hazırda Premyer Liqa klubu bu futbolçuları qışda satıb və ya icarəyə verəcəyi vaxta qədər oynaması üçün variantlar axtarır.
 
Qeyd edək ki, Romero və Couns cari mövsüm Premyer Liqada meydana çıxmayıb.