23:01 20-10-2020
news_image
123
FUTBOL

Avropa çempionatını ləğv etdi - UEFA

UEFA 2020-ci ildə keçiriləcək 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatı ilə bağlı qərarını verib.
 
Apasport.az saytının məlumatına görə, final mərhələsi Şimali İrlandiyada keçirilməli olan turnir ləğv edilib.
 
Buna koronavirus pandemiyası səbəb olub. Hazırki durumu nəzərə alan qurum belə addım atmağa məcbur olub.
 
Final mərhələsinin 5 ən yaxşı komandası U-20-lərin dünya çempionatına vəsiqə qazanmalı idi. UEFA bu vəsiqələri ən yüksək reytinqlilərə - İngiltərə, Fransa, Niderland, İtaliya və Portuqaliyaya verib.