23:42 20-10-2020
news_image
80
FUTBOL

Mourinyo, Ranyeri və Benitesə çatdı - Kuman

Niderlandlı baş məşqçi Ronald Kuman Çempionlar Liqasında 6-ci klubla debüt edib.
 
Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis “Barselona”nı ilk avrokubok sınağına çıxarıb.
 
Bunadək niderlandlı 5 müxtəlif komanda ilə qitənin ən nüfuzlu klub turnirində iş başında olub. Kuman 6-ya çatmaqla Joze Mourinyo, Klaudio Ranyeri və Rafael Benitesin göstəricisini təkrarlayıb.
 
Mütləq rekord isə Karlo Ançelottiyə məxsusdur. İtaliyalı 8 klubla Çempionlar Liqası matçına çıxıb.