00:00 21-10-2020
news_image
73
FUTBOL

İslahat təxirə salındı – yığmamızın oynayacağı çempionatda

19 yaşadək futbolçular arasında Avropa çempionatı ilə bağlı yenilik təxirə salınıb.
 
Apasport.az saytının məlumatına görə, UEFA-nın yarışı 2020-22-ci illərdə üç liqada təşkil etmək niyyəti baş tutmayıb.
 
Buna koronavirus pandemiyası səbəb olub. Qurumun İcraiyyə Komitəsi Azərbaycan millisinin də qatılacağı qitə çempionatı ilə bağlı islahatı bir il sonraya saxlayıb.
 
Bu yenilik 2021-23-cü illəri əhatə edəcək və final mərhələsi 2023-cü ildə baş tutacaq. Təxirəsalma 2021/22 mövsümündə əvvəlki formatlı çempionatın keçirilməsinə şərait yaradıb.