09:05 21-10-2020
news_image
87
FUTBOL

Koronavirus testinin nəticəsini açıqladı – “Makkabi”

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq Təl-Əviv “Makkabi”sində koronavirus pandemiyası ilə bağlı aparılan testlərin nəticələri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, İsrail millisindən dönən futbolçulardan götürülən testlər neqativ çıxıb.

Konkret olaraq millinin son toplanışına cəlb olunan Eytan Tibi, Şeran Yeini, Maor Kandil, Eyal Qolasa və Eden Karzev bu günə qədər klubda fərdi məşqlərlə kifayətləniblər. Artıq onlarda yoluxma faktı aşkarlanmadığından, bu gündən kollektivlə birlikdə məşqlərdə iştirak edə biləcəklər.

Qeyd edək ki, oktyabrın 22-də Təl-Əvivdə keçiriləcək “Makkabi” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.