10:00 21-10-2020
news_image
102
FUTBOL

Mbappedən antirekord - “Mançester Yunayted” tarixi rekordunu yenilədi

Çempionlar Liqasının qrup mərhələsində PSJ ilə keçirilən oyun “Mançester Yunayted” üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, İngiltərə təmsilçisi klub rekordunu yeniləyib.

“Qırmızı şeytanlar” buna Parisdə 2:1 hesablı qələbə qazanaraq nail olub. Premyer Liqa klubu tarixində ilk dəfə bütün turnirlərdə ardıcıl 10 səfər qələbəsi səddinə çatıb. Ötən mövsümün XXX turunda “Tottenhem”lə heç-heçə etdikdən (1:1) sonra Ole Qunnar Şulşerin yetirmələri “Norviç” (2:1), “Brayton” (3:0, 3:2, 3:0), “Aston Villa” (3:0), “Kristal Pelas (2:0), “Lester” (2:0), “Lyuton” (3:0), “Nyukasl” (4:1) və PSJ-yə (2:1) səfərdə qalib gəlib.

PSJ-nin hücumçusu Kilian Mbappe isə antirekordunu yeniləyib. Fransa millisinin üzvü qitənin ən nüfuzlu klub turnirində artıq 6 oyundur ki, qol vura bilmir. 21 yaşlı forvard sonuncu dəfə ötən mövsüm qrup mərhələsində “Qalatasaray”la (5:1) qarşılaşmada fərqlənib.