11:35 21-10-2020
news_image
232
FUTBOL

Azərbaycan klubuna “yox” deyib, Bundesliqaya getməsinin səbəbini açıqladı – niderlandlı futbolçu

Niderlandın aşağı yaş qrupu üzrə yığma komandalarının sabiq futbolçusu Kris Davidin karyerasını Azərbaycanda davam etdirmək variantı yaranıb.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi Premyer Liqa klublarından təklif alıb.

Cənubi Afrika Respublikasının “Kape Taun” klubundan ayrıldıqdan sonra işsiz qalan David Azərbaycanla yanaşı, Finlandiya təmsilçilərinin də maraq dairəsində olub. Lakin futbolçu Almaniyaya köçməyi üstün tutub.

II Bundesliqa təmsilçisi “Vurtsburger Kikkers”lə müqavilə imzalayan pleymeyker seçimini belə əsaslandırıb: “Azərbaycan və Finlandiya çempionatları mənim üçün kifayət qədər maraqlı deyildi. Öz keyfiyyətlərimə bələdəm, nələrə qadir olduğumu bilirəm. Özüm üçün ən yaxşı olan yeri seçməliydim. Düşünürəm ki, Almaniya bu baxımdan fantastik yerdir”.

Qeyd edək ki, “Tvente”nin yetirməsi olan Kris David karyerası ərzində “Fulhem” və “Utrext” kimi klublarda da çıxış edib.