13:05 21-10-2020
news_image
109
FUTBOL

3-cü dəfə - qələbəsiz gün

Sabah Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok matçına çıxacaq.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin İsrail “Makkabi”si ilə qarşılaşması Azərbaycan klublarının oktyabrın 22-də keçirəcəyi 3-cü avrokubok oyunu olacaq.

İndiyədək təmsilçilərimiz bu tarixdə 2 dəfə meydana çıxıb. Hər iki görüş indiki kimi Avropa Liqasının qrupuna təsadüf edib. 2015/16 mövsümündə keçirilən həmin qarşılaşmalarda “Qarabağ” səfər, “Qəbələ” ev sınağına çıxıb.

Sonuncular Dortmund “Borussiya”sına qol vursa da, məğlubiyyətdən qaça bilməyib. Ağdamlılar isə “Monako”ya uduzub.

Qeyd edək ki, İ qrupunda mübarizə aparan “Qarabağ” və “Makkabi” arasında görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Avropa Liqası
2015/16 mövsümü, qrup mərhələsi
22 oktyabr

Qəbələ - Borussiya (Dortmund, Almaniya) – 1:3
Monako (Fransa) – Qarabağ – 1:0