14:41 21-10-2020
news_image
89
FUTBOL

48 komanda startı gözləyir – Avropa Liqasında

Sabah Avropa Liqasında qrup mərhələsi start götürəcək.

Apasport.az saytının məlumatına görə, 12 qrupda 24 matç baş tutacaq.

Turnirdə mübarizə aparan 48 komanda ilk sınağına çıxacaq. Azərbaycan çempionu “Qarabağ” İsraildə Təl-Əviv “Makkabi”sinin qonağı olacaq. 

İ qrupunun digər matçı İspaniyada təşkil olunacaq. Qardaş Türkiyənin turnirdə mübarizəni davam etdirən yeganə təmsilçisi “Sivasspor” qrupun favoriti “Vilyarreal”la səfər görüşünə çıxacaq.

Turnirin favoritlərindən olan İngiltərə klublarını Avstriya təmsilçiləri ilə duel gözləyir. “Arsenal” səfərdə “Rapid”, 
“Totenhem” evdə LASK-la görüşəcək.

“Milan” səfərdə “Seltik”lə üz-üzə gələcək. “Napoli” isə “Alkmaar”ı sınağa çəkəcək.

Avropa Liqası
Qrup mərhələsi
I tur
22 oktyabr

A qrupu
20:55. "Yanq Boyz" (İsveçrə) - "Roma" (İtaliya)
20:55. MOİK (Sofiya, Bolqarıstan) – ÇFR (Rumıniya)

B qrupu
20:55. "Dandolk" (İrlandiya) - "Molde" (Norveç)
20:55. "Rapid" (Avstriya) - "Arsenal" (İngiltərə)

C qrupu
20:55. "Bayer" (Almaniya) - "Nitsa" (Fransa)
20:55. "Hapoel" (Beer-Şeva, İsrail) - "Slaviya" (Çexiya)

D qrupu
20:55. "Standard" (Belçika) - "Reyncers" (Şotlandiya)
20:55. "Lex" (Polşa) - "Benfika" (Portuqaliya)

E qrupu
20:55. PSV (Niderland) - "Qranada" (İspaniya)
20:55. PAOK (Yunanıstan) - "Omoniya" (Kipr)

F qrupu
20:55. "Napoli" (İtaliya) – “Alkmaar” (Niderland)
20:55. "Riyeka" (Xotvatiya) - "Real Sosyedad" (İspaniya)

G qrupu
23:00. "Braqa" (Portuqaliya) - AEK (Yunanıstan)
23:00. "Lester" (İngiltərə) - "Zarya" (Ukrayna)

H qrupu
23:00. "Seltik" (Şotlandiya) - "Milan" (İtaliya)
23:00. "Sparta" (Çexiya) - "Lill" (Fransa)

İ qrupu
23:00. "Vilyarreal" (İspaniya) - "Sivasspor" (Türkiyə)
23:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Qarabağ" (AZƏRBAYCAN)

J qrupu
23:00. "Tottenhem" (İngiltərə) - LASK (Avstriya)
23:00. "Lüdoqorets" (Bolqarıstan) - "Antverpen" (Belçika)

K qrupu
23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Feyenoord" (Niderland)
23:00. "Volfsberger" (Avstriya) – MOİK (Moskva, Rusiya)

L qrupu
23:00. "Hoffenhaym" (Almaniya) - "Srvena Zvezda" (Serbiya)
23:00. "Slovan" (Çexiya) - "Gent" (Belçika)