15:46 21-10-2020
news_image
165
FUTBOL

“Qarabağ”ı Albaniyaya aparır - ispanlar

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində “Vilyarreal”la II tur matçı Albaniyada keçirilə bilər.

Apasport.az saytının məlumatına görə, bu iddia ilə İspaniya mətbuatı çıxış edib.

La Liqa klubuna yaxınlığı ilə bilinən yerli mətbu orqanlarından biri oktyabrın 29-da neytral meydanda keçirilməsi qərara alınan qarşılaşmanın Albaniyanın Tirana şəhərində baş tutma variantını qeyd edib. İspanlar Azərbaycan yığmasının Millətlər Liqası çərçivəsində Kiprlə ev oyununun məhz Albaniyaya salınmasını əsas gətirərək, yenə eyni addımın atılmasını istisna etməyiblər.

Qeyd edək ki, Dağlıq Qarabağda yaranmış vəziyyətlə əlaqədar olaraq Azərbaycan və Ermənistanda UEFA bayrağı altında oyunların keçirilməsinə qadağa qoyulub. Bu üzdən növbəti qərara qədər Azərbaycan yığması Millətlər Liqasında, “Qarabağ” isə Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarını ölkədən kənarda keçirəcək.