16:57 21-10-2020
news_image
85
FUTBOL

Koronavirusa yoluxan futbolçunun durumuna aydınlıq gəldi – “Makkabi”də

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq Təl-Əviv “Makkabi”sində müdafiəçi Enrix Saboritin durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, təxminən bir ay əvvəl koronavirus infeksiyasına yoluxan ispaniyalı sol cinah oyunçusu artıq tamam sağalıb.

Klubun həkimləri yığmadan dönən futbolçularla yanaşı, Saboritə də kollektivə qoşulmağa icazə verib. Son testinin nəticəsi neqativ çıxan 28 yaşlı futbolçu şans veriləcəyi təqdirdə baş məşqçi Giorqos Donisin sərəncamında olacaq.

Qeyd edək ki, sabah Təl-Əvivdə keçiriləcək “Makkabi” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.