00:55 23-10-2020
news_image
346
FUTBOL

Qələbə ilə start - “Vilyarreal”, "Milan" və "Arsenal"dan

Avropa Liqasında qrup mərhələsi start götürüb.
 
Apasport.az saytının məlumatına görə, I tur çərçivəsində 24 matç baş tutub.
 
Azərbaycan çempionu “Qarabağ”ın mübarizə apardığı İ qrupunda iki görüş keçirilib. Ağdam təmsilçisi İsraildə “Makkabi” (Təl-Əviv) ilə üz-üzə gəlib. Meydan sahibləri bu qarşılaşmadan üç xalla ayrılıb.
 
Qrupun digər görüşündə “Vilyarreal” İspaniyada “Sivasspor”u qəbul edib. Məhsuldar keçən görüşdə 8 top vurulub. Qrupun favoriti olan ispaniyalılar Türkiyə təmsilçisini çətinliklə məğlub edib.
 
Turnirin favoritlərindən olan “Arsenal” “Rapid” üzərində əzmkar qələbə qazanıb. Digər İngiltərə təmsilçisi “Tottenhem” LASK-dan güclü olub. “Zarya”nı sınağa çəkən “Lester” də turu itkisiz keçib.
 
“Seltik”in qonağı olan İtaliya “Milan”ı da turnirə qələbə ilə başlayıb. “Napoli” isə “Alkmaar”a uduzub.
 
Daha bir görüş məhsuldarlığı ilə diqqət çəkib. 8 qolun vurulduğu matçda “Bayer” “Nitsa”nı 6:2 hesabı ilə üstələyib.

Qeyd edək ki, II turun oyunları oktyabrın 29-da keçiriləcək.

Avropa Liqası
Qrup mərhələsi
I tur
22 oktyabr

A qrupu
20:55. "Yanq Boyz" (İsveçrə) - "Roma" (İtaliya) - 1:2
Nsame, 14 - Peres, 69, Kumbulla, 74
20:55. MOİK (Sofiya, Bolqarıstan) – ÇFR (Rumıniya) - 0:2
Rondon, 53, Deas, 74 (pen.)

B qrupu
20:55. "Dandolk" (İrlandiya) - "Molde" (Norveç) - 1:2
Murray, 35 - Hussain, 62, Omoijuanfo, 72
20:55. "Rapid" (Avstriya) - "Arsenal" (İngiltərə) - 1:2
Fountas, 51 - Luis, 70, Obameyanq, 74

C qrupu
20:55. "Bayer" (Almaniya) - "Nitsa" (Fransa) - 6:2
Amiri, 11, Alario, 16, Dyabi, 61, Bellarabi, 79, 83, Virts, 87 - Qouiri, 31, Klaud Mauris, 90
20:55. "Hapoel" (Beer-Şeva, İsrail) - "Slaviya" (Çexiya) - 3:1
Aqudelo, 45, Akolarse, 86, 88 - Provod, 75

D qrupu
20:55. "Standard" (Belçika) - "Reyncers" (Şotlandiya)- 0:2
Tavernyer, 19 (pen.), Rufe, 90+3
20:55. "Lex" (Polşa) - "Benfika" (Portuqaliya) - 2:4
İsak, 15, 49 - Pizzi, 9 (pen.), Nunes, 42, 60, 90+3

E qrupu
20:55. PSV (Niderland) - "Qranada" (İspaniya) - 1:2
Götze, 45+1 - Molina, 57, Maçis, 66
20:55. PAOK (Yunanıstan) - "Omoniya" (Kipr) - 1:1
Murq, 56 - Bauteac, 16

F qrupu
20:55. "Napoli" (İtaliya) – “Alkmaar” (Niderland) - 0:1
de Vit, 57
20:55. "Riyeka" (Xotvatiya) - "Real Sosyedad" (İspaniya) - 0:1
Con, 90+3

G qrupu
23:00. "Braqa" (Portuqaliya) - AEK (Yunanıstan) - 3:0

Qaleno, 44, Paulinyo, 78, Horta, 88
23:00. "Lester" (İngiltərə) - "Zarya" (Ukrayna) - 3:0
Maddison, 29, Barnes, 45, İhanaço, 67

H qrupu
23:00. "Seltik" (Şotlandiya) - "Milan" (İtaliya) - 1:3

Elyunussi, 76 - Kruniç, 14, Dias, 42, Hauq, 90+2
23:00. "Sparta" (Çexiya) - "Lill" (Fransa) - 1:4
Dockal, 47 - Yazıçı, 45+1, 60, 75, İkone, 66

İ qrupu
23:00. "Vilyarreal" (İspaniya) - "Sivasspor" (Türkiyə) - 5:3

Kubo, 13, Bakka, 20, Foyt, 57, Alkaser, 74, 78 - Kayode, 33, Yatabare, 43, Qradel, 64
23:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Qarabağ" (AZƏRBAYCAN) - 1:0
Kohen, 10

J qrupu
23:00. "Tottenhem" (İngiltərə) - LASK (Avstriya) - 3:0

Lukas, 18, Andrade, 27, Son Heunq-Min, 84
23:00. "Lüdoqorets" (Bolqarıstan) - "Antverpen" (Belçika) - 1:2
İqinio, 46 - Gerkens, 63, Refaelov, 70

K qrupu
23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Feyenoord" (Niderland) - 0:0
23:00. "Volfsberger" (Avstriya) – MOİK (Moskva, Rusiya) - 1:1

Liendl. 42 - Qaiç, 5

L qrupu
23:00. "Hoffenhaym" (Almaniya) - "Srvena Zvezda" (Serbiya) - 2:0

Baumqartner, 64, Dabbur, 90+4
23:00. "Slovan" (Çexiya) - "Gent" (Belçika) - 1:0
Yusuf, 29