17:48 21-10-2020
news_image
91
FUTBOL

Martinesə yeni müştəri – İngiltərədə

İtaliyanın “İnter” klubunun hücumçusu Lautaro Martines daha bir təklif alıb.

Apasport.az saytının məlumatına görə, bu dəfə İngiltərə təmsilçisi “Mançester Yunayted” 23 yaşlı forvarda elçi düşüb.

“Qırmızı şeytanlar”ın Argentina millisinin üzvü uğrunda mübarizədə əsas rəqibi “Barselona” sayılır. Lautaronu yay fasiləsində ala bilməyən İspaniya klubu bu keçidi mövsümün sonunda həll etmək niyyətindədir.

Qeyd edək ki, Lautaro Martines cari mövsüm A seriyasının 4 oyununda 3 qola imza atıb.